Çərşənbə axşamı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi gəmiləri İrana “dostluq səfəri”nə yola düşüb.
“Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, səfər çərçivəsində Azərbaycan hərbi dənizçilərin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
Səfər Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən həyata keçirilir və oktyabrın 7-dək davam edəcək. **
F.İsazadə