“Azərsu” ASC 2016-cı ildə Azərbaycan Beynəlxalq Bankından (ABB) 239,72 mln. manat məbləğində kredit cəlb edib. Bu barədə ASC-nin audit olunan maliyyə hesabatında qeyd edilir.
“Kreditə dair sənədlər 15 iyul 2016-cı il tarixində imzalanıb. Kredit vəsaitinin bütün həcmi cari infrastruktur obyektlərinin maliyyələşdirilməsi üçün sərf olunub”, - hesabatda deyilir.
Vəsait illik 1% dərəcə ilə kredit cəlb edib. Kreditin qaytarılma müddəti2025-ci ilin iyul ayıdır.
Bundan başqa, 2016-cı ilin noyabr ayında ASC Maliyyə Nazirliyindən $17,382 mln. (30,778 mln. manat) və 11,943 mln. manat məbləğində iki faizsiz kredit cəlb edib. Bu kreditlərin qaytarılmasına 2024-cü ildə başlanacaq və 2027-ci ilin dekabr aynda başa çatmalıdır.
Bunlan əlavə, 2016-cı ilin sentyabr ayında “Azərsu” Fransanın “Nataxis” İnvestsiya Bankından 35 mln. avro (65,254 mln. manat) məbləğində kredit cəlb edib. Bu vəsait illik 2,45% dərəcə ilə cəlb olunub. Kredit 2030-cu ildə qaytarılmalıdır.
Ümumilikdə, 1 yanvar 2017-ci il tarixinə olan vəziyyətə görə, “Azərsu”nun yerli və xarici maliyyə institutlarından cəlb etdiyi kreditlər üzrə borcun məbləği 1 yanvar 2016-cı ilə 318,731 mln. manata qarşı 379,114 mln. manat həcmində qiymətləndirilir. **
A.Əzizov