Oktyabrın sonunda Azərbaycan-Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə yeni sazişə dair danışıqların növbəti mərhələsi keçiriləcək. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
“Oktyabrın sonunda strateji tərəfdaşlıq üzrə yeni sazişə dair danışıqların növbəti mərhələsi keçiriləcək. Danışıqlar zamanı siaysi təhülkəsizlik məsələləri müzakirə olunacaq”, - M.Məmmədquliyev jurnalistlərə bildirib.
Nazir müavini əlavə edib ki, 23-24 oktyabr tarixlərində Azərbaycan və Aİ arasında aviasiya sahəsində əməkdaşlıq üzrə sazişə dair danışıqlar keçiriləcək. **
A.Əzizov