Noyabr ayında Berlində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan- Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
“Noyabr ayında Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçiriləcək. İclasda iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır”, - M.Məmmədquliyev jurnalistlərə bildirib.
Ticarət və İnvestisiyalar üzrə Azərbaycan- Almaniya Yüksək Səviyyəli İşçi Qrupu Azərbaycan İqtisadiyyat Nazirliyi və Almaniya İqtisadiyyat və Energetika Nazirliyi arasında yaradılıb. Azərbaycan tərəfindən Qrupun həmsədri nazirliyin Aparat rəhbəri Samir Vəliyevdir.
İşçi Qrupunun ötən iclası 6 noyabr 2016-cı il Bakıda keçirilib. **
A.Əzizov