Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci il üzrə maliyyə hesabatının auditini aparmaq üçün audit şirkəti seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Audit şirkətlərindən təkliflər oktyabrın 10-dək qəbul olunacaq.
Xəbər verildiyi kimi, SKMF-in 2016-cı il üçün maliyyə hesabatının auditini “RSM Azerbaijan” audit şirkəti aparmışdı.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğin 150 mln. manat təşkil edəcəyi planlaşdırılır. **
A.Əzizov