“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC şirkətin 2015-2016-cı illər üçün maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə auditinin aparılması üçün auditor seçir.
AİŞ-in tender elanına əsasən, təkiflər noyabrın 22-dək qəbul olunacaq. Tender prosedurunun noyabrın 23-də keçirilməsi nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 150 manat təşkil edir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. **
A.Əzizov