Bakı və Daşkənd Özbəkistan prezidenti ŞavkatMirziyoyevin Azərbaycana rəsmi səfəri məsələləri üzərində çalışırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev məlumat verib.
“Məlum olduğu kimi, ötən il faciəvi hadisə baş verdi - Özbəkistanın birinci prezidenti İslam Kərimov vəfat etdi. Biz onun Azərbaycana səfərinə hazırlaşırdıq, lakin bu hadisə planlarımızı təxirə saldıq. Bu il Azərbaycan liderinin ölkəyə səfər etmək məktubunu Özbəkistan prezidentinə təqdim etdik. Dəvət məmnunluqla qəbul olundu”, - diplomat bildirib.
Səfir səfərin tarixini dəqiqləşdirmədi. “Səfərin tarixi və gündəliyi iki ölkənin XİN xətti ilə razılaşdırılır”, - H.Quliyev əlavə edib. **
R.Babayev