"AccessBank" nizamnamə kapitalını 16,8% - 140 mln. manatadək artırıb. Bu barədə bankdan məlumat verilib.
"AccessBank"ın səhmdarları tərəfindən 20 mln. manat məbləğində 4,8 mln. yeni səhmlərin əldə edilməsi nəticəsində bankın nizamnamə kapitalı 140 mln. manatadək artırılıb (2017-ci ilin birinci yarısının yekunları üzrə 119,85 mln. manatdan - İF)”, - məlumatda deyilir.
Bu proses 30 sentyabr 2017-ci il tarixində başa çatıb.
"Kapitalın ikinci dəfə artırılması (2017-ci ildə - İF) bir daha səhmdarlarımızın bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə şərait yaradacaq", - məlumatda bankın İdarə Heyətinin sədri Rolf Rayhardtın (Rolf Reichardt) sözlərindən sitat gətirilir. **
A.Əzizov