Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Leonardo” (2016-c ilə qədər “Finmeccanica”) - İtaliyada iri maşınqayırma holdinqlərindən biridir. Holdinqin struktur bölmələri müdafiə, energetika, helikopterqayırma, telekommunikasiya və nəqliyyat sahlərində sifarişlər yerinə yetirirlər. **
A.Əzizov