2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan banklarının ümumi xalis mənfəəti 350,3 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Bu dövrdə bankların faiz gəlirləri 1 mlrd. 292,9 mln. manat, həmçinin verilən kreditlər üzrə 946,9 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində bankların faizsiz gəlirləri 537,4 mln. manata bərabər olub.
8 ay ərzində bankların faiz xərcləri 634,2 mln. manat, o cümlədən depozitlər üzrə 253,4 mln. manat, qeyri-faiz xərcləri 630,3 mln. manat təşkil edib.
Yanvar-avqust aylarında bankların xalis əməliyyat mənfəəti 565,8 mln. manat təşkil edib.
Bundan başqa, bu dövrdə banklar aktivlər üzrə mümkün itkilərin ödənilməsi məqsədilə ehtiyatların yaradılmasına 196,8 mln. manat yönəldiblər.
Bankların vergi ödənilənədək mənfəəti 371,6 mln. manat, mənfəət vergisi üzrə ödənişlər 21,3 mln. manat təşkil edib. **
A.Əzizov