31 avqust 2017-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 491,7 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2017-ci il tarixinə bankların aktivləri 31 mlrd. 439,5 mln. manat məbləğində olub. Beləliklə, 2017-ci ilin yanvar-avqust ayları ərzində bankların aktivləri 6,2% azalıb.
31 avqust 2017-ci il tarixinə bankların kredit portfeli 11 mlrd. 907,2 mln. manat (azalma 25,3% - İF-Az) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 2 mlrd. 923,6 mln. manat (yanvar-avqust aylarında artım 53,1% - İF) təşkil edir.
2017-ci il sentyabrın əvvəlinə bankların öhdəlikləri 26 mlrd. 568,2 mln. manata (azalma 10%), Mərkəzi Bank qarşısında öhdəlikləri 609,3 mln. manata (azalma 2,8 dəfə) bərabərdir.
31 avqust 2017-ci il tarixinə Azərbaycanda 31 bank fəaliyyət üçün lisenziyaya malikdir. Hazırda ölkədə xarici kapitala malik 16 bank fəaliyyət göstərir.
Bankların 560 filialı və 142 şöbəsi var.
“Azərbaycanın bank sektorunda 16,167 min nəfər (azalma 4,9%) çalışır”, - deyə məlumatda bildirilir. **
A.Əzizov