Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirib. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunub, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib”, - İ.Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin rəhbərliyi ilə nümayəndə heyəti ilə görüşdə bildirib.
İ.Əliyev nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.
Həmçinin prezident Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu vurğuladı.
İ.Əliyev əlavə edib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal rol oynayır. **
R.Babayev