Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Lənkəran rayonunun Girdəni kəndində leysan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 7 sakini təxliyə ediblər. Bu barədə FHN-dən məlumat verilib.
“Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 4 nəfəri fərdi yaşayış evindən və 3 nəfəri fermanın ərazisindən təxliyə ediblər”, - məlumatda deyilir. **
R.Babayev