İtaliyanın “Leonardo” şirkəti Azərbaycan şirkətləri və dövlət strukturları ilə əməkdaşlıqda maraqlıdır. Dövlət başçısının saytında verilən məlumata görə, bunu “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Görüşdə “Leonardo” şirkəti ilə Azərbaycanın bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, Silkway şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir.
Bundan əlavə, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edildi və əməkdaşlığın yaxşı potensiala malik olduğu bildirildi. **
R.Babayev