2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $4 mlrd. 574 mln. gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
“Ümumilikdə 2001-ci ildən 2017-ci il oktyabrın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $126 mlrd. 683 mln. məbləğində vəsait daxil olub”, - Fonddan qeyd olunur.
2016-cı ARDNF “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5,1 mlrd. gəlir əldə edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.**
N.Abbasova