Azərbaycan üçün ən böyük qaz tədarükü bazarı Avropadır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bizim üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Biz bilirik ki, Avropada təbii qaza tələbat artacaq və Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir”, - İ.Əliyev bildirib.
Onun sözlərinə görə, müasir nəqliyyat infrastrukturunun yaradılması üçün tərəfimizdən bütün işlər görülüb.“Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə - Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki (TAP - İF), onun da tikintisi davam edir”, - prezident vurğulayıb.
İ.Əliyev əlavə edib ki, Azərbaycan “yeni mənbədir, yaxında yerləşir, ehtiyatlar böyükdür və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir”. “Biz bu məsələ ilə bağləı Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik”, - dövlət başçısı bildirib. **
A.Əzizov