Azərbaycanda “Turizm haqqında”yeniqanun qəbul ediləndən sonra Turizm Şirkətlərinin Vahid Reyestri istifadəyə veriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
“Milli Məclisdə baxılan “Turizm haqqında”yeniqanun qəbul ediləndən sonra Turizm Şirkətlərinin Vahid Reyestri istifadəyə veriləcək”, - Ə.Qarayev cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, reyestr turizm şirkətlərinin məsuliyyətini artırmağa və müştərilərə daha keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq
“Bizim məqsədimiz turizm sektorunun lisenziyalaşdırılmasını bərpa etmək deyil. Reyestr bizim üçün zərurətdir, çünki bu gün özlərini qeyri-peşəkar aparan şəxslər fəaliyyət göstərirlər. Biz buna imkan verə bilmərik”, - Ə.Qarayev vurğulayıb. **
F.İsazadə