“Azərişıq” ASC nizamnamə kapitalını 64,9% - 1 mlrd. 460 mln. 633,532 min manatadək artıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Bu qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub.
Hazırda ASC-nin nizamnamə kapitalı 885 mln. 633,532 min manata bərabərdir.
Nizamnamə kapitalının artımı səhmlərin əlavə emissiyası hesabına həyata keçiriləcək. Bununla yanaşı, tədavüldə olan səhmlərin sayı 730 mln. 316,766 minədək artacaq, bir qiymətli kağız üçün nominal qiymət 2 manat təşkil edəcək.
Nazirlər Kabineti ƏMDK, MBNP və “Azərişıq”ASC-yə nizamnamə kapitalının artırılması ilə bağlı məsələləri həll etməyi tapşırıb. **
A.Əzizov