Oktyabrın 9-da Rusiyanın şəhərlərində Azərbaycanın turizm potensialının informasiya biznes-təqdimatları başlayır. Bu barədə “Tour a Vent” şirkətinin informasiya xidməti məlumat verib.
“Oktyabrın 9-da Rusiya şəhərləri üzrə turne çərçivəsində informasiya biznes-təqdimatlarına start verilir. Moskva, Yekaterinburq, Sankt-Peterburq və Kazanda keçiriləcək təqdimatlarda Azərbaycanın turizm potensialı barədə söz açılacaq”, - “Tour a Vent” bildirib.
Hər bir şəhərdə Azərbaycanın populyar rturizm istiqaməti kimi tədris biznes-təqdimatı keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan üzrə ilk turoperator, Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı nümayəndəliyi , “Tour a Vent” şirkətidir.
“Turnenin məqsədi Azərbaycanın turizm potensialı və rusiyalı turistlər üçün ölkənin regionlarında turizm imkanları spektrinin açılması, Rysiyanın turizm biznes seqmenti nümayəndələrinin əməkdaşlığa cəlb olunmasıdır”, - məlumatda deyilir.
Turnedə “Şahdağ”, “Qafqaz” və “Absheron Hotel Group” otellər şəbəkəsi, “Fairmont”, “Rixos”, “Naftalan Qashalti” otelləri təqdimatlarla çıxış edəcəklər. **
F.İsazadə