Azərbaycan şirkətləri Rusiyada ASK və turizm sahələrinə investisiyaların artırılmasında maraqlıdırlar. Bunu Rusiya-Azərbaycanİşgüzar Şurasının sədri Pyotr Fradkov deyib.
“Azərbaycan tərəfi Rsuiyanın aqrosənaye və turizm sektorlarına investisiyaları artırmaqda maraqlıdır. Xüsusilə, Yessentukidə “İstoçnik” istirahət evi-sanatoriyanın uğurlu tikinti layihəsi misal çəkilib. 1,5 mlrd. rubl dəyərində layihəyə Azərbaycan şirkətləri investsiya yatırıblar”, - P.Fradkov Moskva-Bakı portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sentyabrın 28-də Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forum keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkədə “"Стилсофт" QSC-nin təhklükəsizlik sistemlərinin istehsalına böyük maraq göstərib. O cümlədən, Azərbaycanda “Həyat Farm” müasir əczaçılıq kompleksinin birgə reallaşdırılan tikinti layihəsi qeyd olunub. Layihənin həyata keçirilməsi məqsədilə birgə müəssisə təsis olunub. Onun təsisşi və səmdarları «Р-Фарм» (RF) şirkətlər qrupu, “Vita-A” (Azərbaycan) və “Azərbaycan İnvestisiya Şirkəti” MMC-dir”, - P.Fradkov qeyd edib.
Layihəyə ilkin investisiya həcmi $70 mln.-u ötür.
“Kompleksin 2019-cu ilin sonunda tam gücü ilə istetehsalı gözlənilir”, - P.Fradkov əlavə edib. **
A.Əzizov