Azərbaycanda peşəkar boks federasiyası yaradılacaq. Bunu Dünya Boks Şurasının (WBC)prezidenti Maurisio Süleymandeyib.
“Prezident İlham Əliyevlə Azərbaycanda peşəkar boks federasiyası yaradılması məsələsini müzakirə etdik. WBC Azərbaycanda peşəkar boksun inkişafına dəstək olacaq”, - M.Süleymancümə axşamı Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan WBC-nin 166-cı üzvü oldu
“Biz istərdik ki, Azərbaycanda WBC versiyası üzrə döyüşlər keçirilsin. Əminik ki, 3 ildən sonra Azərbaycan peşəıkar boks məktəbinin şagirdi dünya çempionu olacaq”, - WBCprezidenti bəyan edib.
M.Süleymanvurğulayıb ki, WBC üzvləri Azərbaycanı bütün dünyada fəal təmsil edəcəklər.
“WBC nümayəndələri sülhməramlı elçi olacaqlar və Azərbaycanı müxtəlif ölkələrdə təmsil edəcəklər”, - o qeyd edib. **
R.Babayev