Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Bakı şəhərinin Suraxanı rayonu Hövsan qəsəbəsində çoxmənzilli yaşayış kompleksinin tikinti layihə-smeta sənədlərini hazırlanması üçün podratçı qismində “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC-ni cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Sənədləşdirmə mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli, yaşayış binaları, sahədaxili və sahəxarici mühəndis xətləri, Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi, məktəb, uşaq bağçası, sosial obyektlər, mühəndis qurğuları və dövlət orqanları ilə razılaşmaları əhatə etməlidir. Cari il avqustun sonunda podratçı ilə müqavilə imzalanıb”, - nazirlikdən qeyd ediblər.
Müqavilənn dəyəri 397 min manatdır. **
N.Abbasova