MuzTV Azərbaycan kanalı “Azerspace-1” peyki vasitəsilə yayımına başlayır. Bu barədə telekanaldan məlumat verilib.
“Televiziya ilə “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal oktyabrın 6-dan etibarən “Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq”, - məlumatda qeyd olunur.
MuzTV Azərbaycan 2012-ci il mayın ayından yayıma başlayıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edəcəyini gözləyir. **
F.İsazadə