Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla əlaqədar iki məruzə dinləniləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AŞPA-dan məlumat verilib.
Birinci məruzə AŞPA-nın Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri Ştefan Şennax və Sezar Florin Preda tərəfindən respublikaya səfərinin yekunlarına dair hazırlanıb.
“Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan haqqlarının qorunması sahəsində gələcək addımlar hansıdır?” mövzusunda ikinci məruzənin müəllifi belçikalı deputatAlan Desteksdir.
9-13 oktyabr tarixlərində Strasburqda AŞPA-nın payız sessiyası keçiriləcək. **
R.Babayev