Asiya İnkişaf Bankı “İdarəçilik proqramının təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyinin artırılması, Altproqram I" (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1)” üçün $300 mln-a qədər kredit ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım etməkdir.
“Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadi şaxələndirməyə imkan yaradacaq”, - proqramın materiallarında qeyd olunur.
Proqrama iki altproqram daxildir. Onların reallaşdırılması 2017-2019-cu illərdə nəzərdə tutulur. **
A.Əzizov