“Qazprom”un Direktorlar Şurası “Qazprom” PSC-nin Azərbaycanda nümayəndəliyin açılması məsələsini razılaşdırıb. Bu barədə şirkətdən məlumat verilib.
2000-ci ildən 2006-cı ilədək “Qazprom” Azərbaycana qaz tədarük edib. “Şahdəniz” yatağı istifadəyə veriləndən sonra tədarük dayandırıldı.
2010-cu ildn etibarən Azərbaycan Rusiyaya qaz tədarükünə başladı. Bu qaz Dağıstanın qaz təchizatı üün istifadə olunub. 2013 və 2014-cü illərdə təmir işləri ilə əlaqədar tədarük dəfələrlə dayandırılıb. 2015-ci ildə tədarük həyata keçirilməyib. Həmin il Azərbaycan metanol Zavodu (AzMeCo) üçün Rusiya qazının tədarükünü bərpa etmək cəhdləri olub. Həmçinin, ARDNŞ ilə Rusiya qazının respublikaya qaz tədarükünə dair danışıqlar aparılır. **