Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cümə günü yanğın baş verdiyi çoxmərtəbəli yaşayış binasının15 nəfər sakinini təxliyə ediblər. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 3 otaqlı mənzildə yanğın baş verib. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub”, - nazirliyin məlumatında deyilir.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. **
R.Babayev