SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Bulla-dəniz” yatağında yeni quyu istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“123 nömrəli quyu 122 nömrəli platformadan qazılıb. Quyunun dərinliyi 6153 min metr təşkil edir”, - məlumatda qeyd olunur.
Quyu sutkalıq 180-200 ton kondensat və 800 min kubmetr qaz hasilatı ilə istifadəyə verilib.
“Bulla-dəniz” yatağı 1973-cü ildə kəşf edilib və 1975-ci ildə istismara verilib. Yataq N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin balansındadır. **
N.Abbasova