Ötən gün Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların 15-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. **
R.Babayev