Azərbaycanın gömrük orqanları bəyan edilməyən ümumiçəkisi175,4 qramolanqızıldan hazırlanmışzərgərlik məmulatının ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib. Yoxlama zamanı, vətəndaşa məxsus əl çantasının içində əvvəlcədən gömrük nəzarətinətəqdim edilməyən,şifahi, elektron vəya kağızüzərindəyazılıformada bəyan olunmayanqızıldan hazırlanmışzərgərlik məmulatları aşkar edilib”, - məlumatda deyilir.
ƏdliyyəNazirliyi MəhkəməEkspertizasıMərkəzinin arayışınaəsasən, aşkar edilən predmetlərinümumiçəkisi175,4 qramolan583/585 əyarlıqızıldan hazırlanmışzərgərlik məmulatıdır. Bura 1 cüt sırğa, 6 ədəd qolbaq, 2 ədəd üzük, 3 ədəd boyunbağı daxildir. **
N.Abbasova