Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Ölkə üzrə Diaqnostik Tədqiqat sənədi hazırlayacaq. Bu barədəd İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Mərkəzin icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) İqtisadi Tədqiqatlar direktoru Edmon Gintinqin rəhbərliyi ilə nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə AİB-in Azərbaycanda Ölkə üzrə Diaqnostik Tədqiqat sənədinin hazırlanması məsələsi müzakirə olunub. Müzakirələr zamanı insan kapitalı, məhsuldarlıq, ticarətin inkişafı üzrə islahatlar, ölkənin orta müddətli inkişaf strategiyasına toxunlub”, - məlumatda deyilir.
Bundan əlavə, tərəflər AİB-in Azərbaycan üzrə 2019-2023-cü illər üzrə hazırlanacaq Ölkə Tərəfdaşlıq Strategiyasının prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparıblar. **
A.Əzizov