Bakı Ağır Cinayətlər Məhkəməsi İŞİD terror təşkilatının tərəfdarı Fərid Sadıqovu Bakıda terror aktı planlaşdırmasında təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “İntrerfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
F.Sadıqov Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214 (terrorçuluğa hazırlıq) və digər maddələri ilə təqsirli bilinib.
İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.
Onlar bir neçə aparıcı ali məktəblərdə terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.
Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinın keçirdiyi əməliyyat zamanı öldürülüb. Daha sonra F.Sadığov həbs olunub. **
R.Babayev