Təhsil Nazirliyinin Akkreditasiya vəNostrifikasiya İdarəsiyeni saytının təqdimatını keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Tədbirdə çıxış edən ANİ-nin informasiya şöbəsinin rəhbəri Qabil Qafarov qeyd edib ki, nazirliyin (edu.gov.az) saytı vasitəsilə keçmək mümkün olduğu İdarənin (ani.edu.gov.az) elektron resursunun əsas tərəfi ondan ibarətdir ki, idarə yalnız sayt vasitəsilə xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilən ali təhsil haqqında sənədlərin tanınması prosesini həyata keçirir.
“Bu onunla əlaqədardır ki, sənədlərin qəbulu yalnız elektron formada həyata keçirilir”, - Q.Qafarov bildirib.
Onun sözlərinə görə, saytda xarici əli məktəblərdə verilən diplomların tanınması və tanınmaması şərtləri dərc olunub.
“Saytda dplomun hansı hallarda tanınmaması dəqiq qeyd olunub”, - Q.Qafarov vurğulayıb. **
F.İsazadə