Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Düşənbə şəhərində keçiriləcək iclasında iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilib.
Z.Həsənov Tacikistanın Bakıdakı səfiri Rustam Soliyev ilə görüşdə Düşənbəyə qarşıdan gələn səfərini müzakirə edib.
“Z.Həsənov və R.Soliyev Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Düşənbə şəhərində keçiriləcək (oktyabrın 12-də -İF) növbəti iclasında iştirak etmək üçün Azərbaycan müdafiə nazirinin Tacikistana nəzərdə tutulan səfəri ilə bağlı məsələləri müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Həmçinin görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspekivləri müzakirə edilib.
“Bununla bərabər, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanır. **
F.İsazadə