Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanoktyabrın sonunda Azərbaycana səfər edəcək.
“Oktyabrın 7-də Türkiyə prezidentiR.T.ƏrdoğanAzərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb”, - prezidentin mətbuat xidməti məlumat verir.
Liderlər qeyd ediblər ki, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir.
“Eyni zamanda, Türkiyə prezidentinin oktyabrın sonunda Azərbaycana nəzərdə tutulmuş səfəri və səfərin proqramı ilə bağlı məsələlər müzakirə edilib”, - mətbuat xidməti qeyd edib. **
A.Əzizov