Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.
“Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb”, - nazitrliyin məlumatında deyilir.
Xəbər verildiyi kimi, bazar günü Z.Həsənovun Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə Minsk şəhərinə səfəri başlayıb..
Rəsmi səfər çərçivəsində Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək. **
A.Əzizov