Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub. Bu barədə APA agentliyi məlumat verib.
“Mercedes” markalı minik avtomobili ilə“KamAZ” markalı yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb”, - agentlik qeyd edir.
Bundan əlavə,yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qəzanın təfərrüatları barədə məlumat verilmir. **
A.Əzizov