Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) “Şəfəq” gəmisinin əsaslı təmiri üçün podratçı seçir. Bu barədə limanın elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: aşağı qiymət, keyfiyyət, analoji layihələr üzrə təcrübə, texniki və maliyyə imkanları.
Tenderdə iştirak haqqı 250 manatdır.
Tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatı noyabrın 23-də qəbul ediləcək.
Tender proseduru noyabrın 24-də baş tutacaq. **
N.Abbasova