Rusiyanın "Rossiya 24" federal kanalında Azərbaycanda istehsal olunan malların reklam çarxlarının yayımı başlanılıb.
“Rusiyanın "Rossiya 24" federal kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb”, - məlumatda deyilir.
5 oktyabr tarixindən etibarən Azərbaycanın meyvə və meyvə şirələrinin reklam çarxları yayımlanacaq. Yayım noyabrın 30-dək davam edəcək.
“Rreklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar”, - İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Reklam çarxları ilə bu linklərdən tanış olmaq olar: https://youtu.be/mLZmVioEZuM və https://youtu.be/y49osYkhtyw.
Reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. **
R.Babayev