Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarus istehsalı olan silah və texnikanın yüksək keyfiyyətini qeyd edir.
“Hərbi-texniki əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əla Belarus keyfiyyətidir. Azərbaycan Silahlı Qüvvələrində Belarus istehsalı olan silah və texnikadan istifadə olunur və mən tam məsuliyyətlə bəyan edirəm ki, bunlar yüksək keyfiyyətli hərbi təyintalı silah və avadanlıqdır. Bu məsələdə hesab edirik ki, əməkdaşlığı genişləndirmək üçün hələ də imkanlarımız var. Səlahiyyətli şəxslərlə konkret danışıqlar aparılıb”, - “BELTA” agentliyinin məlumatına görə, Z.Həsənov jurnalistlərə bildirib.
Nazir Belarus dövlətinin prezidenti ilə görüşünün yekunlarını yüksək qiymətləndirib. Görüşdə müzakirə olunan məsələlərə “yaşıl işıq verilib”. “Hərbi sahədə daha çox və konkret əməkdaşlıq edəcəyik”, - o qeyd edib.
O cümlədən, Z.Həsənov Belarus və Azərbaycanla münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayıb. “Digər sahələrdə də olduğu kimi, hərbi sahədə əməkdaşlığımız inkişaf edir. Bu həm təcrübə mübadiləsi, hərbi quruculuq, hərbi-texniki əməkdaşlıq məsələləridir”, - nazir bildirib. **
A.Əzizov