2017-ci ilin 9 ayı ərzində Azərbaycanın valyuta ehtiyatları $4,5 mlrd. - $42 mlrd.-dək artıb. Bunu prezident İlham Əliyev deyib.
“Cari ilin doqquz ayı ərzində Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollar səviyyəsinə çatıb”, - bazar ertəsi İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, hesabat dövrü ərzində qeyri-neft ÜDM-in 2,5% artıb.
“Yanvar-sentyabr aylarında qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1%, kənd təsərrüfatında 2,8% təşkil edib, xarici ticarət dövriyyəsi 7% artıb”, - prezident əlavə edib. **
A.Əzizov