Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizmlanamsına dair danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi. Bunu prezident İlham Əliyev deyib.
“Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi”, - bazar ertəsi İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməz qalır.
“Ərazi bütövlüyümüz danışıqlar predmeti deyil. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”, - dövlət başçısı vurğuladı. **
R.Babayev