İqtisadiyyat Nazirliyi 1,7 mlrd. manat ümumi məbləğdə investisiya təşviqi sənədi verib. Bunu prezident İlham Əliyev deyib.
“İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 mlrd. manat sərmayə cəlb edilib”, - bazar ertəsi İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Həmçinin prezident Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2017-ci ilin sonunadək güzəştli kreditləşməni təmin etməyi tapşırdı.
2016-cı ilin aprel ayından etibarən Azərbaycanda investisiya təşviqi sənədi verilir. **
A.Əzizov