2018-ci ildə Azərbaycanda əlavə 100 min hektar ərazinin suvarma sistemi ilə əhatə olunması planlaşdırılır. Bunu prezident İlham Əliyev deyib.
“Bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək”, - bazar ertəsi İ.Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
O qeyd edib ki, gələn il Azərbaycanda kənd yollarının tikintisi davam etdiriləcək. Prezident vurğulayıb ki, yol infrastrukturu ilə bağlı layihələrin icrası “bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək”.
ASK sahəsinin inkişafına toxunan İ.Əliyev, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirdi.
Prezident doqquz ayda Azərbaycanda 226 min yeni iş yerinin yaradıldığını qeyd etdi.
Dövlət başçısı tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtımızda 95 yaşayış binasının tikildiyini, yararsız vəziyyətdə olan binaların yerində müasir yaşayış komplekslərinin inşa olunduğunu dedi. **
R.Babayev