İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 9 yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 168 cinayət faktı qeydə alınıb, onların 42-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 80 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.**
R.Babayev