“Unibank” nizamnamə kapitalını 17,5% - 140,7 mln. manatadək artırmağı planlaşdırır. Bu barədə bankdan məlumat verilir.
“Unibank” nizamnamə kapitalının artırılması prosesini davam etdirəcək. İyun ayında bank nizamnamə kapitalını 70%-119,7 mln. manatadək artırdı. Hazırda kapitalın 21 mln. manat artırılması nəzərdə tutulur. Bu haqda məsələ səhmdarların 13 oktyabrda keçiriləcək növbədənkənar yığıncağında müzakirə olunacaq”, - məlumatda qeyd olunur.
Bank səhmdarları kapitalın artırılmasının, perspektivdə “Unibank”ın ölkənin maliyyə bazarında lider mövqeyini qoruyub saxlamaq və möhkəmləndirməsinə təkan verəcəyi fikrindədirlər.
“Ölkə iqtisadiyyatında qeydə alınan sabitləşmə və inkişaf meylləri “Unibank”ın da fəaliyyətində aktivliyini daha da artırması, korporativ və pərakəndə kreditləşmədə və qeyri-kredit məhsullarında satışın yüksəlməsi, bankın bazarda fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradıb”, - məlumatda qeyd edilir. **
A.Əzizov