2017-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar $8,3 mlrd. təşkil edib.
“Cari bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 mlrd. dollar sərmayə qoyulub. Onun böyük hissəsi xarici sərmayədir”, - bazar ertəsi İ.Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda həm yerli, həm də xarici investorlar üçün əlverişli investisiya rejimi yaradılıb.
İ.Əliyev əlavə edib ki, 2018-ci ildə Azərbaycanın iqtisadi göstəriciləri daha yaxşı olacaq. Bununla belə, o vurğulayıb ki, 2017-ci ilin 9 ayı ərzində qeyri-beft ÜDM-in artımı 2,5%, qeyri-neft sənayesinin artımı 3,1%, ASK sektorunda artım 2,8% təşkil edib. Xarici ticarət dövriyyəsi 7% artıb. **
A.Əzizov