Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə mqayisədə 7% - 2 mlrd. 532,59 min manatadək artıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər 1 mlrd. 501,2 mln. manat təşkil edib (2016-cı ilin yanvar-sentyabr ayıarı ilə müqayisədə artım 8,8%). Bununla belə, bu gəlirlərin 65,13%-i - 977,7 mln. manatı özəl sektordan daxilolmaların payına düşüb. Proqnoz 105,4% icra edilib”, - məlumatda deyilir.
DSMF-in 2017-cı il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3,4 mlrd. manat səviyyəsində təsdiq edilib.
Oktyabrın 1-nə ölkə üzrə pensiyaçıların sayı 1 mln. 330 min nəfər təşkil edir.
2017-ci il oktyabrın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 204 manat təşkil edib.
Ocümlədən ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6% olub. **
N.Abbasova