“Azərlotereya” ASC lotereya biletlərinin çap edilməsi ilə əlaqədar podratçı seçimi üzrə tenderi baştutmamış elan edib. Bu barədə şirkətin elanında deyilir.
“Lotereya biletlərinin çapı ilə əlaqədar dərc olunmuş açıq tenderdə iştirak etmək üçün iddiaçıların sayı üçdən az olduğundantender baştutmamış hesab olunur”, - məlumatda qeyd edilir.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də təsis edilib. Yeganə səhmdarı İqtisadiyyat Nazirliyidir. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır. **
A.Əzizov