SOCAR “Neft Daşları” yatağındakı yeni quyunu qazmadan sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
2624 nömrəli quyu 602A nömrəli stasionar dəniz özülündən qazılıb.
Quyunun sutkalıq debiti 11 ton neft təşkil edir.
Quyu “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. **
N.Abbasova